• BİZ KİMİK
  • BİZİM XİDMƏTLƏRİMİZ
  • Partnyorlar
  • Xəbərlər
  • Portfolİo
  • Karyera
  • Əlaqə
  • eng
  • rus
  • Bank sektoru

    Azərbaycanın bank sektorunda qabaqcıl banklardan birinin nizamnamə kapitalında xarici maliyyə strukturlarının iştirakında və bu əməliyyatın tətbiqinin hüquqi mexanizminin işlənib hazırlanmasında Varidat Consulting şirkəti fəal iştirak etmişdir.

    İnformasİya və kommunİkasİyalar sektoru

    Varidat Consulting şirkəti Azərbaycanın informasiya texnologiyaları sektorunda fəaliyyət göstərən şirkətin səhmlərinin 25%-inin Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən satın alınması prosesində tam həcmli hüquq və maliyyə məsləhəti xidmətləri göstərmişdir.

    İSO 9000 standartlarının tətbİqİ

    Varidat Consulting şirkəti istehsal sahələrində məşğul olan iri səhmdar cəmiyyətlərdə İSO 9000 standartlarının və Beynəlxalq Maliyyə Korporasiyasının pilot layihəsi olan Korporativ İdarəetmə Standartlarının tətbiqini bilavasitə həyata keçirtmişdir.

  • Beynəlxalq arbİtraj məhkəmələrİ

    Varidat Consulting şirkəti beynəlxalq arbitraj məhkəmələrinin qərarlarının Azərbaycanda tanınması və icraya yönəldilməsi sahəsində “Beynəlxalq arbitraj qərarlarının tanınması və icraya yönəldilməsinə dair Konvensiyanın” (Nyu York,1958) və yerli qanunvericiliyin müddəalarının tətbiqi sahəsində xidmətlər göstərmişdir.

    Beynəlxalq sərnİşİn və yük daşımaları

    Varidat Consulting şirkəti beynəlxalq sərnişin və yük daşınması sektorunda fəaliyyət göstərən böyük və lider hava nəqliyyatı şirkətlərinin Azərbaycan Respublikasında məhkəmə proseslərində hüquqlarının müdafiəsi və nümayəndəlik edilməsini bu sahədə mövcud olan beynəlxalq konvensiyaların (Varşava, 1929; Haaqa, 1955; Qvadalaxara, 1961; Monreal, 1975) və yerli qanunvericiliyin normalarının tətbiqi ilə müvəffəqiyyətlə həyata keçirmişdir.

    Avtomobİl İstehsalı Sənayəsİ

    Varidat Consulting şirkəti dünya şöhrətli iri avtomobil istehsalçısı olan şirkətin istehsal qüsuru nəticəsində vurulmuş zərərin ödənilməsi məsələlərində hüquqlarının Azərbaycan məhkəmələrində müdafiəsini müvəffəqiyyətlə həyata keçirtmişdir.