Varidat Consulting Şirkəti 1994-cü ildə Nail Şahverdiyev tərəfindən Azərbaycanda təsis edilmiş, professional hüquq, biznes və maliyyə konsaltinqi xidmətləri göstərən bir şirkətdir.
Təsisçi hüquq təhsilini Voronej Hüquq Kollecində və Voronej Dövlət Universitetinin hüquq fakultəsində yüksək nəticə və göstəricilərlə almışdır.
1988-1994-cü illərdə Nail Şahverdiyev yüksək istedadlı hüquqşunas olaraq Rusiya və Azərbaycanda kənd təsərrüfatı və sənaye müəssisələrində, bank sektorunda və icra hakimiyyəti strukturlarında və hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Bu müddət ərzində o, hüququn müxtəlif sahələrində böyük təcrübəyə yiyələnmişdir.
1994-cü ildə o, yüksək elmi biliklərini və təcrübəsini hələ o vaxt Azərbaycanda yeni-yeni yaranmağa başlayan hüquq xidmətləri sektorunda tətbiq etmək qərarına gəldi.
O, kiçik hüquq şirkəti ilə bu sahədə fəaliyyətə başladı və iyirmi çətin ildən sonra onun bu şirkəti Azərbaycan, Rusiya və digər MDB ölkələrindən olan şirkətlərlə yanaşı, bir sıra xarici ölkələrdəki müştəri şirkətlərlə də işləməyə başladı və beynəlxalq tərəfdaşları olan konsaltinq şirkətlərindən birinə çevrildi.
Analoji xidmət sektorunda layiqli yer tutmuş Varidat Consulting Şirkəti özünün prinsiplərinə daim sadiq qalmış, öz müştərilərinin maraqlarını digər meyarlardan üstün tutmaqla etibarlı bir hüquq müdafiəçisinə çevrilmiş, "Müştəri hər zaman haqlıdır" devizinə sadiq olan şirkət onların hüquq və mənafelərinin layiqli müdafiəçisi kimi çıxış etmişdir.
1990-cı illər.
Doxsanıncı illərin dinamik sonu. Bu dövr biznes sahiblərinin intensiv birləşmə, dəyər yaratma və satınalma prosseslərini həyata keçirdiyi dövr kimi xatırlanır. Bundan sonra isə sürətli inkişaf üçün yeni texnologiyaların tətbiqi tələb olundu.
1990-cı illərdə iş adamları bu ciddi yeni prioritetlərlə qarşı-qarşıya qaldı vəVaridat Consulting Şirkəti onlara dəstək məsuliyyətini üzərinə götürdü. Biz iş təcrübəmizi genişləndirdik və tələb olunan sahələrdə mütəxəssislərimizin sayını artırdıq.
2000-ci illər.
Enişlər və yoxuşlarla dolu 2000-ci illər həm dünya iqtisadiyyatı üçün, həm də Varidat Consulting Şirkəti üçün yaddaqalan oldu. Qlobal iqtisadiyyatda inqilabi dəyişikliklər - ticarət, istehsal və yoxsulluğun azaldılması üçün yeni imkanlar açıldı. Onillik boyunca müştərilərə xidmətlərinin genişləndirilməsi, hüquqi mübahisələrin həlli, korporativ hüquq xidməti şirkətin əsasını təşkil etməyə davam etdi. Bizim biznesin inkişafı sahəsində təcrübəmiz Türk Hava Yolları, Toyota Motors Corporation, Daewoo Motors Corporation, Austrian Airlines və digər bu kimi böyük korporasiyalarla güclü biznes əlaqələri sayəsində daha da genişləndi.
2000-ci illərdə biz Bakı Sigorta şirkətinə məsləhət xidməti, Səba (Dəvəçi Broyler), Bank Respublika, Lufthansa şirkətləri üçün isə tam hüquqi autsors xidməti göstərdik.
2010-cu ildə biz AYİB ilə özəl kapital sövdələşməsi əsasında Elcell tərəfindən hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişik.
2007-ci ildən 2008-ci ilədək biz yerli investorlara Honda, Mitsubishi, Subaru və Mazda kimi avtomobil markalarına Bakıda rəsmi distribütorluq almaq üçün hüquqi məsləhət xidməti göstərdik, bundan sonra isə biz onların rəsmi hüquq məsləhətçisi olduq.
2014-cü il.
2014-cü ildə Varidat Consulting özünün 20 illiyini qeyd edir. Nail Şahverdiyev şirkəti yenidənqurma, rebrendinq və yeni və parlaq əməkdaşların cəlb olunması ilə növbəti pilləyə daşımaq istəyir.
Biz inanırıq kı, bilik və təcrübəyə qoyulan investisiya, ən yaxşı mütəxəssislərin cəlbi, bizi nəinki Azərbaycandakı ən yaxşı konsaltinq şirkəti edəcək, həm də regional bazarlara çıxmağa kömək edəcəkdir.