Son zamanlar məhkəmələrdə işlərin sayının artması ona dəlalət edir ki, artıq bütün sivil ölkələrdə olduğu kimi məişət zəminində, iqtisadiyyatda və digər sahələrdə mübahisələr qanun çərçivəsində araşdırılır. Lakin məhkəmə prosesi çətin və mükəmməl iş tələb etdiyindən, sadə vətəndaşların və hətta hüquqi şəxslərin peşəkar yardımı olmadan yüksək keyfiyyətdə öz hüquqlarının qorunması çətin vəzifəyə çevrilir. Bizim şirkətin əməkdaşları bütün səy və bacarıqları ilə Sizin xidmətinizdə durmağa hazırdılar. Mütəxəssislərimiz müştərinin arzusuna uyğun olaraq onların iştirakı ilə və ya məhkəmədə iştirakları olmadan məhkəmə prosesslərində iştirak edir, onları təmsil edir və hüquqlarını müdafiə edirlər. Məhkəmədə peşəkar yardıma ehtiyacı olan şəxslər öz hüquqlarını və mənafelərini bizə etibar edə bilərlər.
• Vergi;
• İnzibati;
• İqtisadi;
• Ailə;
• Əmək
və istənilən mülki mübahisələrin həllində aşağıdakı xidmətləri təklif edirik:
• mülki mühakimə icraatının müvafiq mərhələlərində iştirak;
• məhkəmədə iddiaçı və ya cavabdeh qismində maraqların müdafiəsi məqsədilə nümayəndəlik;
• iddia ərizələrinin, etiraz, vəsatət, apellyasiya və kassasiya şikayətlərinin tərtib edilməsi;
• hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin həyata keçirilməsi və s.
Varidat Consulting şirkətinin vergi sektorunda hüquq xidmətləri:
• Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərin hüquqi ekspertizası.
• Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergiödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi.
• Vergi mübahisələrinin məhkəmə/məhkəmədən xaric qaydada nizamlanması.
• Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanların aktlarının etibarsız sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaqların qaytarılması.
• Artıq ödənilmiş/alınmış vergi və rüsumların geri qaytarılması. İxrac ƏDV-nin geri qaytarılması.
Azərbaycanda iş və yaşayış icazəsi almaq sadə proses deyil, bu məsələlər üzrə peşəkar hüquqi yardımın göstərilməsi vacibdir. Bizim hüquqi yardım portfelinin əhəmiyyətli bir hissəsi, immiqrasiya üzrə konsaltinq xidmətləri, müştərilərimizin işçilərinin iş icazəsi və yaşayış icazələrin alınması, habelə işçilərin ezam və Azərbaycanda işləyən ailə üzvlərinin yaşayış icazə əldə etməsi üzrə xidmətlərdən ibarətdir.
Varidat Consulting şirkəti miqrasiya hüququ sahəsində aşağıda göstərilən xidmətləri təklif edir:
• əcnəbilər üçün sənədlərin tərtib edilməsində kömək:
• müvəqqəti yaşayış üçün icazə;
• iş icazəsi;
• vizanın uzadılması;
• müvəqqəti yaşayış icazəsinin uzadılması;
• yaşayış yeri üzrə qeydiyyat.
Varidat Consulting şirkəti əmək hüququ sektorunda aşağıda göstərilən xidmətləri təklif edir:
• əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi xidmətlər;
• əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ilə yaranmış problemlərin həlli;
• kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsində ekspert qismində iştirak və zəruri məsləhət və rəylərin verilməsi;
• əmək müqaviləsinin tərtibi və onun elektron qeydiyyatdan keçirilməsi;
əmək şəraiti, əmək funksiyalarının müəyyən olunması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi;
• işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsinin tənzimləməsində hüquqi xidmətlərin göstərilməsi;
• əmək müqavilələrinə xitam verilərkən işçilərin və işəgötürənin hüquqlarının müdafiəsi;
• müəssisədə işçilərin ixtisar aparılmasının hüquqi tənzimlənməsi ;
• kadr kargüzarlığının aparılması;
• əmək və icra intizamının təmin edilməsi qaydalarının hüquqi tənzimlənməsi;
• işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətlərinin müəyyən edilməsinin hüquqi tənzimlənməsi;
• əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə təminatının hüquqi tənzimlənməsi;
• kollektiv əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
• fərdi əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
• işçilərin sosial sığorta olunmasının tənzimlənməsi;
• əmək qanunvericiliyinin pozulmasından irəli gələn hüquqi problemlərin həlli.
Varidat Consulting eyni zamanda əcnəbi işçilərə və onları işə götürən yerli və xarici müəssisələrə miqrasiya xidmətləri də təklif edir:
• Əcnəbilər üçün sənədlərin tərtib edilməsində köməklik edilməsi, müvəqqəti yaşayış üçün icazələrin, iş icazələrinin alınması, vizanın uzadılması, müvəqqəti yaşayış icazəsinin uzadılması, yaşayış yeri üzrə qeydiyyatın aparılması.
Bizim ailə hüquq münasibətləri üzrə xidmətlərimiz aşağıdakılardan ibarətdir:
• nikaha xitam verilməsinə (etibarsız sayılmasına) dair mübahisələrin məhkəmyəqədər və məhkəmə qaydasında həlli;
• ər-arvadın əmlakının qanuni rejimi, birgə mülkiyyət (əmlak), ər-arvadın ümumi əmlakının bölünməsi və payların müəyyən edilməsi ilə bağlı meydana gələn mübahislərin həlli;
• ər-arvadın mülkiyyətinin müqavilə rejimi, nikah müqaviləsinin tərtib edilməsi, mübahisələrin (nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi) həlli;
• uşağın mənşəyinin müəyyən edilməsi, atalığın tanınması faktının müəyyən olunması və bu sıradan olan mübahisələrin həlli;
• uşağın əmlak və digər hüquqları, uşağın müdafiə hüququ və digər məsələlərlə bağlı məsləhətlərin verilməsi;
• valideynlik hüquqlarının müdafiəsi istiqamətində məsləhətlərin verilməsi, təmsilçilik;
• uşaqların (ər-arvadın, yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacıların, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələrin, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənələri, ögey ata və ananın, ailənin başqa üzvlərinin) saxlanılması üçün alimentin tutulması, alimentin ödənilməsi barədə saziş və digər məsələlərlə bağlı hüquqi yardımın göstərilməsi və təmsilçilik;
• övladlığa götürülmə və onun ləğvi, qəyyumluq və himayənin təyin edilməsi istiqamətində hüquqi yardımın təşkili;
• ailə qanunvericiliyinə dair məsləhətlərin verilməsi və s.
Bizim hüquq praktikamızın əsas özəyini təşkil edən korporativ hüquq sektorunda biz müştərilərimizi korporativ idarəetmə məsələləri, yeni qurulan şirkətlərin qeydiyyata alınması, fəaliyyətinə xitam verilməsi və hüquqi şəxsin yenidən təşkili, kimi məsələlərdə tam spektr məsləhət xidmətləri ilə təmin edirik.
Varidat Consulting təcrübəli hüquqşunasları vasitəsilə Azərbaycanda fəaliyyət göstərən bizneslərə aşağıdakı korporativ hüquq xidmətlərini təklif edir:
• Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, yenidən təşkili, təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsivə gələcək fəaliyyətinin hüquqi müşaiyəti;
• Lokal xarakterli korporativ sənədlərin və təsis sənədlərinin hazırlanması;
• Qiymətli kağızların emissiyası, tədavülü və ləğv edilməsinin hüquqi müşaiyəti;
• Sahibkar və menecment arasında mübahisələrin nizamlanması;
• Cəmiyyətin idarə olunmasında sahibkarlıq hüquqlarının müdafiəsi.
• Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi;
Daşınmaz əmlakla əməliyyatlarda vergi məsələlərinin əhəmiyyəti onların nəzərə alınmasını labüd edir. Bizim təcrübəli əməkdaşlarımız daşınmaz əmlakla əməliyyatlarda vergilərin minimallaşdırılması, sahibkarların mənfəətinin vergi nöqteyi-nəzərindən optimallaşdırılması və vergilər baxımından səmərəli çıxış strategiyalarının hazırlanmasında sizə kömək edəcəkdir.
Bizim daşınmaz əmlak sektorunda hüquq xidmətlərimiz aşağıdakılardan ibarətdir:
• Daşınmaz əmlaklarla əməliyyatlarda ilkin mərhələdən son mərhələyədək hüquqi müşayiətin təmin edilməsi;
• Kompleks ortaqlıq və çox mərhələli sərmayə strukturunun yaradılması ilə bağlı hüquqi məsləhətlərin verilməsi;
• Daşınmaz əmlak portfelinin alınması və satılması ilə bağlı hüquqi təhlilin aparılması;
• Növbəti dövrlərə keçirilmiş faiz və dividend ödənişlərinə malik tərəflərin hüquqi planlaşdırma işlərinin təmin edilməsi;
• Daşınmaz əmlak üzrə növbəti vergi hesabatı dövrünə keçirilmiş vergi ödəmələri üzrə sövdələşmələrin strukturunun hazırlanması;
• Kompleks daşınmaz əmlak əməliyyatlarının vergi məcəlləsinə uyğun aparılmasına nəzarətin təmin edilməsi;
• Daşınmaz əmlakların əldə edilməsi və özgəninkiləşdirilməsi prosesində maliyyələşdirmə strukturunun vergilər baxımından səmərəli qurulması;
• Daşınmaz əmlaklar üzrə ƏDV, əmlak vergisi və digər vergi növləri üzrə məsləhət xidmətlərinin təmin edilməsi;
• Daşınmaz əmlakların yenidən strukturlaşdırılması zamanı korporativ sahibkarlığın səmərəli qaydada dəyişdirilməsi .
Varidat Consulting şirkəti maliyyə və bank sektorunda borcgötürən və borcalanlar arasında maliyyə hüquq məsələlərinin tənzimlənməsi, sövdələşmələrin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada aparılması yönündə şirkətlərə aşağıdakı hüquq məsləhəti xidmətlərini təklif edir:
• Şirkətlərə səhmlərin alqı-satqı sövdələşmələrində hüquqi məsləhətlərin verilməsi;
• İflas elan edən şirkətlərin maliyyə strukturunun və hüquqi formasının yenidən hazırlanması;
• Layihə maliyyələndirilməsi mexanizmi ilə maliyyələşən layihələrdə hüquqi sənədlərin və xüsusi təyinatlı hüquqi şəxslərin yaradılmasının təmin edilməsi;
• Şirkətlərə istiqraz yolu ilə maliyyə cəlb edilməsi zamanı sənədlərin hüquqi baxımdan hazırlanması, nəzərdən keçirilməsi və təhlilinin təmin edilməsi;
• Şirkətlərə əlavə səhm buraxılması yolu ilə məcmu kapitalın artırılmasında hüquqi məsləhətlərin verilməsi;
• Borcverən və borcalan tərəflər arasında ortaya çıxan mübahisələrdə hüquqi məsləhətlərin verilməsi və mübahisələrin həll metodlarının işlənib hazırlanması;
• Banklara mübahisəli kreditlər üzrə məhkəmələrdə təmsil olunma xidmətlərinin təmin edilməsi;
• Şirkətlərə maliyyə strategiyasının hazırlanmasında və yenidənqurma əməliyyatlarında hüquq məsləhəti xidmətlərinin göstərilməsi;
• Dividendlərin bölüşdürülməsində və səhmdarların maraqlarının qorunmasında şirkətlərə hüquq məsləhəti xidmətlərinin göstərilməsi;
• Debitor və kreditor borcların inventarizasiyası və təhlili və problemli debitor borcların geri qaytarılması, borc öhdəliklərinin idarə olunması.